Prokuror MTN polkovniknə və digərlərinə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləliyev, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prokuror çıxış edərək sabiq MTN polkovniki Vüqar Güləliyevin 9 il 6 ay, N.Əliyevin 8 il 6 ay, C.İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, A. İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dələduzluq törətmək əməli üzrə ittiham verilib. Cinayət işində çoxsaylı zərərçəkmiş var. İttihama görə, onlar Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi verərək, qadının 147 min manat pulunu ələ keçiriblər. İranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəkləri vədi ilə Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alaraq qaytarmayıblar. Həmçinin müxtəlif işləri həll etmək adı ilə vətəndaşlardan pul alaraq mənimsəyiblər. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub. V.Əsədov isə Pentensiar Xidmətini sabiq əməkdaşıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button