Prokuror qətl törədən 3 qardaşa 50 il iş istədi

1411458258_mehkeme-a620x350 (1)Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nahid, Əziz və Cahid Qədəşov qardaşlarının məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxslərdən Nahid və Əzizin hər birinin 20 il, Cahid Qədəşovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 14-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il avqust ayının 25-də Xəzər rayonu, Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də 1965-ci il təvəllüdlü Ülkər Abdullayeva, 1962-ci ildə təvəllüdlü Tərlan Abdullayev, onun övladı – 1987-ci il təvəllüdlü Rəhman Abdullayev bıçaqlanıb.

Onlar ağır vəziyyətdə Sabunçu xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Ülkər Abdullayeva dünyasını dəyişib.

İstintaq araşdırması zamanı cinayətin Nadir, Əziz və Cahid Qədəşovlar tərəfindən törədildiyi müəyyən edilib. Onlar Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs ediliblər.

İttihama görə, hadisədən bir gün əvvəl Ülkər Abdullayevanın oğlu Rəhman toydan evə gec saatlarda, səhərə yaxın qayıdıb. Buna görə həyat yoldaşı ona irad tutub. Bunun əsasında münaqişə başlayıb. Bu münaqişəyə nəinki oğlanın, hətta qızın da valideynləri qarışıblar. Belə ki, onlar çox keçmədən qudalarının evində peyda olublar. Qarşılıqlı ittiham və təhqirlər davam edib, qohumlar münasibəti aydınlaşdırmadan ayrılıblar.

Səhərisi gün Abdullayevlərin evinə gəlinin qardaşları, atası və digər qohumlar gəlib. Qalmaqal davam edib. Sonda isə bütün bunlar Nadir Qədəşovun bıçaqla bacısının qayınanasını öldürməsi, qaynını yaralanması ilə nəticələnib. Hətta hadisə vaxtı Cahid Qədəşov da yaralanıb.

İnarə Rafiqqızı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button