”Protezli aksiya”ya rəsmi cavab: Onlar asayişi pozmağa çalışır

 

“Onlar asayişi pozmağa çalışır, vətəndaşların, eləcə də nəqliyyat vasitələrinin gömrük sərhədindən normal keçidinə maneələr yaradırlar”.

Bu sözləri Qarabağ müharibəsi əlillərinin martın 2-də protezlərini çıxararaq Qazaxda “Sınıq Körpü” Gömrük Məntəqəsində keçirdikləri etiraz aksiyasına münasibət bildirərkən Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən apa.az-a deyiblər.

“Mütəmadi, kommersiya məqsədilə Gürcüstana səyahət edən bir qrup şəxs əlilliklərindən və cəmiyyətdəki bəzi statuslarından istifadə edirlər. Onlar son günlərdə bu ölkədən gətirdikləri şəxsi istehlak miqdarından artıq mallara görə, rüsum və vergi ödəməkdən imtina edir”.

Belə ki, martın 2-də bir qrup Qarabağ əlili sosial drumlarının pis olduğunu dilə gətirib və protezlərini çıxararaq aksiya keçirib.

Aksiya iştirakçıları gömrük işçilərindən narazı olduqlarını və xaricdən satış üçün gətirdikləri malların əllərindən alınıb qaytarılmadığını bildirirdi.

Komitə isə əlillərinin özlərini günahlandırır:

“Müxtəlif media qurumları vasitəsilə Dövlət Gömrük Komitəsi və onun səlahiyyətli şəxsləri haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirirlər”.

Onu da nəzərinizə çatdıraq ki, aksiya sosial şəbəkələrdə böyük müzakirə səbəb olub.

Dövlət Gömrük Komitəsi “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nı yada salır. Qeyd edilir ki, yalnız bu qaydaların 2.1.11-ci maddəsinə əsasən, fiziki şəxslər şəxsi istifadəsi üçün gömrük sərhədindən 10 kiloqrama qədər ərzaq məhsullarını (nərə cinsli balıq istisna olmaqla) hər hansı rüsum ödəmədən keçirə bilərlər.

Meydan.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button