Pullu xidmətlərin həcmi artıb

pərakəndə ticarətxural.com   xəbər verir ki, Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri açıqlayıb.

Göstəricilərə əsasən, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 9531,6 milyon manatlıq istehlak malları satılıb, xidmət müəssisələri tərəfindən 2615,6 milyon manatlıq pullu xidmət göstərilib.

2014-cü ilin yanvar-may ayları ilə müqayisədə əmtəə dövriyyəsi 9,7 faiz, pullu xidmətlərin həcmi isə 5,4 faiz artıb, ticarət şəbəkəsində 4777,3 milyon manatlıq qida məhsulları, içki və tütün məmulatı, 4754,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

xural.com 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button