Putin Əliyevlə Paşinyan arasında Brüsseldə gözlənilən görüşü alqışlayıb: Azərbaycan da alqışlayırmı?

Rusiya prezidenti Azərbaycan və Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ münaqişəsinin” həllində maraqlı olmasını son dərəcə vacib hesab edir.

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə gözlənilən görüşü alqışlayıb. Rusiya dövlət başçısının sözlərinə görə, tərəflər arasında dialoqun aparılması vacibdir:

“Mən hər iki həmkarımla razıyam ki, nə qədər çox təmas, o cümlədən birbaşa əlaqələr o qədər yaxşıdır; birbaşa ikitərəfli təmaslar ümumiyyətlə prioritetdir”.

“Bilirəm ki, siz də yaxın vaxtlarda Brüsseldə görüş təyin etmisiniz, ora gəlməyə razılaşmısınız. Biz də bunu alqışlayırıq. Birbaşa ünsiyyət üçün nə qədər çox imkan olsa, bir o qədər yaxşıdır”, – deyə Rusiya lideri Əliyevə və Paşinyana müraciət edib.

Rusiya prezidenti onu da deyib ki, bu yaxınlarda Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə bu barədə danışıb: “O, sizi gözləyir. Ümid edirəm ki, biz bir qədər irəliyə doğru addım atacağıq və başqa sahələrdə bundan sonra da addımlar atmaq mümkün olacaq. Biz yalnız tərəfdaşların bu dialoqa cəlb olunmasını alqışlayırıq, əsas odur ki, bu, faydalıdır”.

Bundan əvvəl Mişelin Əliyev və Paşinyanla dekabrın 15-də Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində görüşmək barədə razılığa gəldiyi bildirilib. Noyabrın 24-də Putin Avropa Şurasının prezidenti ilə telefon danışığı keçirib və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan danışıb.

Münaqişənin həllinə maraq

Rusiya prezidenti Azərbaycan və Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ münaqişəsinin” həllində maraqlı olmasını son dərəcə vacib hesab edir.

“Mənə elə gəlir ki, sizin – həm Azərbaycan prezidenti, həm də Ermənistanın baş naziri kimi bayaq dedikləriniz əslində çox vacibdir. Hər iki tərəf vəziyyətin normallaşmasının inkişafında, münaqişənin inkişafında maraqlıdır. Yəni vəziyyət müsbət məna kəsb edir”, – deyə Rusiya dövlət başçısı İlham Əliyevə və Nikol Paşinyana müraciət edib.

Bölgədə kommunikasiyaların bloklanmasından danışan Putin “hamının bununla maraqlandığını” vurğulayıb. “Və Rusiya, o cümlədən, nəzərə alsaq ki, biz hamımız yaxın ölkələrik, qonşuyuq, böyük ticarət dövriyyəmiz var”, – Putin bildirib.

Rusiya lideri “yaxın gələcəkdə sərhədin demarkasiyası və delimitasiyası üzrə işlərin təşkili haqqında” razılaşmaları da xatırladıb. “Biz bu gün də bu haqda danışacağıq”, o təklif edib. Eyni zamanda Rusiya prezidenti etiraf edib ki, bu “məsələ mürəkkəbdir, Sovet İttifaqından gəlib, orada sərhəd olmayıb”.

Xural.com

 

mənbə

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button