Putin Əsədin telefon zənglərinə cavab vermir?

Suriyada 15 rus əsgərini daşıyan təyyarənin vurulması olayından sonra Rusiya lideri Vladimir Putin Bəşər Əsədin telefonlarına cavab vermir.

“Qafqazinfo” xəbər verir ki, belə bir iddia ilə İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats çıxış edib.

Katz Rusiya tərəfinin açıqlamalarının əksinə olaraq Putinin olayla bağlı İsraili deyil, Əsədi günahkar bildiyini deyib: “Əsəd onunla əlaqə saxlamağa çalışdı, lakin Putin reaksiya vermədi. Rusiya Əsədə və Suriyadakı Hizbullaha silah yollayan İrana çox qəzəblidir”.

Digər bir iddiaya görə, məsələyə aydınlıq gətirmək üçün İsraildən Moskvaya gedən nümayəndə heyətinin təqdim etdiyi məlumatlar Rusiya tərəfindən qəbul edilməyib. Belə bir iddia ilə isə Hizbullah və Əsəd rejiminə yaxın, mərkəzi Livanda yerləşən Al Mayadeen televiziyası və İsrailin “Haaretz” qəzeti çıxış edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button