Putin 7 dərəcə şaxtada gölə girdi – FOTO

Rusiya prezidenti Vladimir Putin İsa peyğəmbərin doğum günü və xaç suyuna salınma mərasimlərinə qatılıb.

APA-nın xarici mətbuata istinadən xəbərinə görə, 65 yaşlı Putin paytaxt Moskvanın şimalındakı Nilov Monastırında dua edib. O, 7 dərəcə şaxtada gölə girib.

Prezidentin mətbuat katibi Dimitri Peskov Putinin əvvəllər də belə mərasimlərə qatıldığını desə də, mərasimin görüntülərini ilk dəfə paylaşıb.

Yeri gəlmişkən, Peskov bir neçə gün əvvəl mətbuata açıqlamasında Putinin səhhətinin yerində olduğunu demişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button