Putin Azərbaycandakı səfiri vəzifəsindən azad etdi

Xural.com azadlıq.info istinadən xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin vəzifəsindən azad edilib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Vladimir Dmitriyeviç Doroxin Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin.

Qeyd edək ki, V.Doroxin 2009-cu il fevralın 24-dən bu vəzifədə çalışırdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button