Putin: “Döyüşlər Ermənistan ərazisində getmir, biz qarışa bilmərik…”

Rusiya Prezidenti Vladimir Putin bu gün “Rossiya 1” telekanalının müxbirinin sualına cavab olaraq Qarabağda gedən hərbi əməliyyatlar barədə ilk dəfə şərh verib.

Virtualaz.org xəbər verir ki, Putin döyüş əməliyyatlarının Ermənistan ərazisində getmədiyini vurğulayıb və bu baxımdan KTMT çərçivəsində Rusiyanın öz öhdəliklərini yerinə yetirməsi baxımından heç bir sual olmadığını bildirib.

“Məlumdur ki, Ermənistan KTMT üzvüdür, bizim Ermənistan qarşısında həmin müqavilə çərçivəsində müəyyən öhdəliklərimiz var. Lakin döyüş əməliyyatları,- hansı ki, bizim dərin təəsüflərimizlə hələ də davam edir,- Ermənistan ərazisində getmir. O ki qaldı Rusiyanın bu müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirməsinə, biz onları həmişə yerinə yetirmişik və öz öhdəliklərimizi bundan sonra da yerinə yetirəcəyik. Bildiyiniz kimi, mən Ermənistanın baş naziri ilə daimi canlı təmasdayam, Ermənistan rəhbərliyinin Rusiyanın öz müttəfiqlik öhdəliklərini yerinə yetirməsinin keyfiyyəti barədə heç bir sualı yoxdur”, – Kremlin rəsmi saytında dərc edilmiş stenoqrama əsasən Rusiya Prezidenti bəyan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button