“Putin günlərlə telefonda danışıqlar aparırdı”

“Rusiya qan tökülməsinin dayandırılmasında əsas rol oynadı”.

Virtualaz.org bildirir ki, bunu Rusiya liderinin sözçüsü Dmitri Peskov Prezident Vladimir Putinin Dağlıq Qarabağ probleminin həllinə dair vasitəçiliyindən danışarkən bildirib.

“Bu vəziyyətdə Putinin məsuliyyətli mövqeyi, dayandırmaq üçün göstərdiyi səylər – əlbəttə ki, bunlar baha başa gəlir, onları qiymətləndirmək çox çətindir” – deyən Peskov bu məsələnin yalnız Bakı və Yerevanla qarşılıqlı hörmətə əsaslanan yaxşı və konstruktiv əlaqələrin qorunması sayəsində həll olunduğunu qeyd edib.

“Prezident bu məsələ ilə şəxsən məşğul olurdu və günlərlə əlində telefon dəstəyi danışıqlar aparırdı”.

Peskov, həmçinin bildirib ki, münaqişə ilə bağlı Rusiya lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da telefon danışıqları aparıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button