”Putin İlham Əliyev vasitəsilə ölkəni idarə edir”

Yayımlandı: 20 Aprel 2024 12:47

5 illik müddət bitməmiş rus sülhməramlı qüvvələri Qarabağdan səssiz-səmirsiz gedir. Qarabağdan sülhməramlı kontingentin çıxarılması Bakı sakinləri üçün sevindirici xəbərdir.

Rus sülhməramlıların vaxtından bir il öncə Azərbaycan ərazisindən çıxarılması bəzi suallar yaradır.

Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

Siyasi şərhçi Azər Qasımlı deyir ki, ölkə başçısı İlham Əliyevin Putinlə nəyin qarşılığında anlaşması ictimaiyyətə bəlli deyil.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov bildirir ki, Qarabağın erməni əhalisi bölgəni tərk etdiyindən sülhməramlı qüvvələrin orada qalmağına ehtiyac qalmamışdı.

Azər Qasımlı bildirir ki, sülhməramlı kontingentin Qarabağda qalması simvolik xarakter daşıyırdı. Azərbaycan ərazisində rus qoşunları olmasa da, ölkə başçısı İlham Əliyev çoxdan Putinin yanında yer alıb.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel də bildirib ki, Rusiya Cənubi Qafqazda etibarlı müttəfiq və ya tərəfdaş deyil. ABŞ rəsmisi Rusiya ordusunun daha dinc və sabit bir Cənubi Qafqaz regionu üçün heç bir töfhə vermədyini deyib.

Aprelin 18-də Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda da bildirilib ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Qarabağda 5 illik müddətinə Rusiya sülhməramlıları yerləşdirilmişdi. Sülhməramlılar bölgədə atəşkəsin qorunmasına nəzarət məqsədilə yerləşdirilmişdi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button