Putin Pakistanın baş naziri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

Tərəflər həmçinin Rusiya-Pakistan münasibətlərinin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə ediblər. Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Pakistanın baş naziri İmran Xan ilə telefon danışığında Əfqanıstandakı vəziyyəti müzakirə edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi zamanı onun sabitləşdirilməsi üçün iki ölkənin yanaşmalarının əlaqələndirilməsinə maraq ifadə olunub”, – məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya-Pakistan münasibətlərinin müxtəlif sahələrdə inkişaf perspektivləri də müzakirə olunub.

ABŞ-ın Əfqanıstandakı əməliyyatı başa çatdıqdan və koalisiya qoşunlarının ölkədən çıxarılmasından sonra Rusiya Federasiyasında qadağan olunmuş radikal Taliban hərəkatı hücuma başlayıb və sentyabrın 6-da bütün Əfqanıstan ərazisinə nəzarətin qurulduğunu elan edib. Sentyabrın 8-də Taliban yalnız hərəkatın nümayəndələrinin daxil olduğu Əfqanıstanın müvəqqəti hökumətini qurdu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button