Putin Paşinyanı hansı məqsədlə yanına çağırdı?

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı Azərbaycanla üçtərəfli formatda əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər.

“Tərəflər Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək üçün Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın intensivləşdirilməsi barədə razılığa gəliblər”, – sənəddə deyilir.

Putin Paşinyanın bu ilin ikinci yarısında KTMT sammiti ilə əlaqədar İrəvana səfər etmək dəvətini qəbul edib.

“N. V. Paşinyan V. V. Putin tərəfindən göstərilən səmimi qəbula görə minnətdarlığını bildirib və Rusiya liderini 2022-ci ilin ikinci yarısında KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası ilə əlaqədar İrəvana səfərə dəvətini minnətdarlıqla qəbul edib”, – deyə bəyanatda bildirilir.

O da qeyd olunur ki, Putin və Paşinyan həmçinin “Moskvada keçirilən səmərəli danışıqların Rusiya-Ermənistan çoxşaxəli imtiyazlı müttəfiqliyini daha da gücləndirəcəyinə əminliklərini ifadə ediblər”.

KTMT potensialı

Rusiya Federasiyasının prezidenti və Ermənistanın baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) potensialının artırılması istiqamətində səyləri gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.

“Tərəflər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının regional sabitliyin təmin edilməsində əsas rolunu dərk edərək, Ermənistanın təşkilatda hazırkı sədrliyini nəzərə alaraq, kollektiv təhlükəsizlik qüvvələrinin və vasitələrinin potensialının artırılması üzrə səyləri aktivləşdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər. KTMT-nin sülhməramlı qüvvələri, təşkilatın böhrana cavab mexanizmlərinin təkmilləşdirilməsi, koordinasiyanın gücləndirilməsi və KTMT tərəfdaşlıqlarının genişləndirilməsini təşviq edəcəklər”.

Bundan əlavə, liderlər kibertexnologiyalardan “qeyri-qanuni və zərərli əməllər törətmək, dövlətlərin daxili işlərinə qarışmaq və onların suverenliyinə xələl gətirmək məqsədilə” istifadə etmək meylinin artmasıyla bağlı “narahatlıqlarını ifadə ediblər. Bu xüsusda beynəlxalq informasiya təhlükəsizliyi sahəsində, o cümlədən regional və qlobal səviyyədə, ilk növbədə, BMT çərçivəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Sənədin mətnində qeyd edildiyi kimi, iki ölkə liderləri “Rusiya və Ermənistan arasında müttəfiqlik münasibətlərinə xas olan konstruktiv və etimad mühitində” ikitərəfli əməkdaşlığın geniş gündəliyi ətrafında fikir mübadiləsi aparıblar. “Həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığın aktual məsələləri müzakirə edilib”. Bundan əlavə, liderlər yüksək səviyyəli müntəzəm etimad dialoqunun fövqəladə əhəmiyyətini qeyd edərək, “qarşılıqlı faydalı siyasi əlaqələri daha da gücləndirmək, qurumlararası mübadiləni genişləndirmək, Avrasiya məkanında ticarət-iqtisadi əməkdaşlığın və inteqrasiya proseslərinin dərinləşdirilməsi, Cənubi Qafqazda vəziyyətin normallaşdırılması və sabitliyin artırılması” ilə bağlı razılığa gəliblər.

Sülhməramlı atom

Moskva və İrəvan sülhməramlı atom sahəsində, o cümlədən Ermənistan AES-nin gələcək işi baxımından əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər: “Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığı artırmağa hazır olduqlarını bir daha təsdiqləyiblər. Onlar Ermənistan AES-in fəailiyyətinin uzadılmasını alqışlayıblar və yeni enerji bloklarının tikintisini öyrənmək niyyətində olduqlarını bildiriblər”.

Bəyanatda deyildiyi kimi, söhbətdə Rusiya Federasiyası ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın, eləcə də praktiki ikitərəfli sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi üçün sənaye üzrə işçi qrupunun yüksək tələbatı və səmərəliliyi qeyd edilib. Ermənistanda mütəmadi olaraq sənaye sərgilərinin, o cümlədən yüksək texnologiyalar sahəsində əməkdaşlığa diqqət yetirilən sərgilərin keçirilməsinə qarşılıqlı maraq ifadə olunub.

“Tərəflər Rusiyanın iqtisadi operatorlarının Ermənistanda tam və müasir istehsal dövrləri yaratmaq niyyətini alqışladılar. Onlar enerji təhlükəsizliyi və müstəqillik, təbiətə hörmət və davamlı inkişaf prinsiplərinə əsaslanan enerjinin, o cümlədən bərpa olunan enerjinin inkişafı proqramlarının hazırlanmasında maraqlı olduqlarını bildiriblər”.

Rusiya investisiyalarının Ermənistana axınının daha da asanlaşdırılması qərara alınıb. Rəsmi Kreml diqqətə çatdırıb ki, Rusiyadan olan təsərrüfat subyektləri Ermənistanın əsas vergi ödəyiciləri sırasındadır ki, bu da xeyli sayda iş yerlərini təmin edir və peşəkar kadr hazırlığı imkanlarını genişləndirir”.

Həmçinin məlumat verilib ki, liderlər rus dilinin yaradılması istiqamətində görülən işləri məmnunluqla diqqətə çatdırıblar.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button