Putin Patruşevi vəzifəsindən azad edib, yerinə Şoyqunu gətirib

Yayımlandı: 13 May 2024 00:16


Rusiya Prezidenti  Andrey Belousovu müdafiə naziri vəzifəsinə təklif edib

Mayın 12-də Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunun Təhlükəsizlik Şurasının katibi təyin edilməsi haqqında fərman imzalayıb.

Putinin digər fərmanı ilə 2008-ci ilin mayından bu vəzifədə çalışan Nikolay Patruşev “başqa işə keçməsi ilə əlaqədar” vəzifəsindən azad edilib.

Kreml “yaxın bir neçə gün ərzində” Patruşevin tutacağı yeni vəzifənin adını açıqlayacağını deyib.

Nikolay Patruşev. Foto: arxiv

Sergey Şoyqu 2012-ci ildən müdafiə naziri vəzifəsindədir.

Bildirilir ki, Putin Nazirlər Kabineti istefaya getməzdən əvvəl Baş nazirin birinci müavini vəzifəsində çalışmış Andrey Belousovun yeni müdafiə naziri təyin edilməsini təklif edib:

Onun namizədliyinə Federasiya Şurası mayın 13-14-də baxacaq”.

Kremlin sözçüsü Dmitri Peskov yerli mediaya bildirib ki, Belousovun təyinatı koordinatlar sistemini dəyişməyəcək:

“Hərbi komponentə gəlincə, bu təyinat mövcud koordinatlar sistemini heç bir şəkildə dəyişməyəcək, hərbi komponent həmişə Baş Qərargah rəisinin səlahiyyətində olub, o, fəaliyyətini davam etdirəcək, bununla bağlı hələlik heç bir dəyişiklik nəzərdə tutulmayıb”.

Peskov həmçinin deyib ki, S.Şoyqun Təhlükəsizlik Şurasının katibi kimi eyni vaxtda Hərbi-Sənaye Komissiyasında sədr müavini olacaq:

Andrey Belousov. Foto: Wiki

“Eyni zamanda, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətə (FSMTC) rəhbərlik edəcək”.

Andrey Belousov 2013-cü ildə Rusiya Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

V.Putinin müdafiə naziri vəzifəsinə A.Belousovu təklif etmək qərarını izah edən D.Peskov deyib ki, güclər blokunun iqtisadiyyatını ölkə iqtisadiyyatına, yəni onu indiki məqamın dinamikasına uyğunlaşdırmaq çox vacibdir:

Bu gün döyüş meydanında qalib yeniliyə daha açıq olandır. Ona görə də təbiidir ki, hazırkı mərhələdə prezident Müdafiə Nazirliyinə mülki şəxsin rəhbərlik etməsinə qərar verib”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button