Putin Qərbi düşmənlərinə raketlər göndərməklə hədələyir

Rusiya prezidenti Vladimir Putin Moskvanın Qərbin ölkəsinin dərinliklərinə endirilən raket zərbələrinə “asimmetrik cavab”dan bəhs edib. O deyib ki, Qərb düşmənlərinə uzaqmənzilli silahlar verməyə başlaya bilər.

Xarici agentliklərin redaktorlarına müsahibəsində Putin vurğulayıb ki, yüksək dəqiqlikli Qərb raketləri ilə hədəflərin seçimi Qərb hərbçilərinin iştirakı olmadan mümkün deyil.

“Əgər kimsə ərazimizə zərbə endirmək, bizə problem yaratmaq üçün döyüş zonasına bu cür silahlar göndərməyi mümkün sayırsa, niyə Rusiyaya qarşı bunu edən ölkələrin həssas obyektlərinə zərbələr endiriləcək bölgələrə eyni sinifdən olan silahlarımızı çatdırmayaq”, – Putin sual edib.

Putin Rusiya raketlərinin kimə verilə biləcəyini açıqlamayıb. ABŞ hərbi bazalarına İranın dəstəklədiyi hərbiləşdirilmiş qruplar bir neçə dəfə hücum edib. Habelə Qərb ticarət gəmilərini Yəməndə husilərin silahlı birləşmələri tez-tez hədəf seçir. Hücumlarda daha çox İran raketləri və dronlarından istifadə olunur. Moskvanın özü bu silahları Tehrandan almaqda maraqlıdır.

Bundan əlavə, Moskvaya dost olan Şimali Koreya Cənubi Koreya və Yaponiyaya doğru raketlər buraxıb. Qərb kəşfiyyatının məlumatına görə, Rusiya da Pxenyandan raket sistemləri alıb. İyunun 5-də verdiyi müsahibədə Putin əlavə edib ki, Rusiya Cənubi Koreyanın Ukraynaya birbaşa silah tədarük etməməsini yüksək qiymətləndirir.

Putin dünyanı nüvə silahı ilə təhdid etmədiyini bildirib. Amma Rusiyanın taktiki nüvə silahlarının 70-75 kiloton gücə sahib olduğunu vurğulayıb: “Gəlin nəinki istifadə, hətta istifadə təhlükəsi həddinə çatdırmayaq. Nədənsə Qərbdə düşünürlər ki, Rusiya bundan heç vaxt istifadə etməyəcək”.

NATO ilə mümkün hərbi münaqişəni şərh edən Putin Rusiyanın hücumunu qeyri-mümkün hesab etdiyini açıqlayıb: “Uydurublar ki, Rusiya NATO-ya hücum etmək istəyir. Tamamilə dəli olmusunuz? Bu masa kimi axmaqsız?”, – o, masanı döyərək soruşub: “Bu cəfəngiyatdır, sayıqlamadır… bürqerlər üçün lərzədardır”.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı təcavüzə başlayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Ukraynada müharibənin iki ilində on mindən çox insan həlak olub, 20 minə yaxın insan isə yaralanıb. Milyonlarla insan bu ölkədən didərgin düşüb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button