Putin Şimali Koreyaya gəlib

Rusiya prezidenti Vladimir Putin iyunun 18-də Şimali Koreyaya gəlib.

Rəsmi məlumata görə onu təyyarə trapının yanında Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen Un qarşılayıb.

KXDR Rusiyanı Ukraynaya müdaxilə məsələsində və Krımın ilhaq edilməsində dəstəkləyən azsaylı ölkələrdən biridir.

Putin bu ölkəyə ikinci dəfədir ki, səfər edir. Onun ilk səfəri hələ 2000-ci ildə olmuşdu.

Bu səfərin ərəfəsində Putinin geniş bir məqaləsi dərc edilib.

O həmin məqalədə KXDR-ə Moskvanı Ukraynaya müdaxilədə dəstəklədiyinə görə təşəkkürünü bildirir.

Şimali Koreya Rusiya ordusunu artilleriya sursatı və ehtimalən raket sistemləri ilə təchiz edir.

Moskva isə, yenə də ehtimalən Pxenyana BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq raket proqramında köməklik göstərir.

Bu da qeyd olunmalıdır ki, Moskva Təhlükəsizlik Şurasının onun özünün də səs verdiyi başqa qətnamələrini də pozur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən sentyabrda demişdi ki, Moskva bir çox BMT qətnamələrindən imtina edir, belə ki, onlar “tamamilə başqa geosiyasi şəraitdə” qəbul olunub.

Belə mövqe Rusiyanı qətnamələri icra etmək vəzifəsindən azad edir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button