Putin Ukraynada müharibənin dayandırılması üçün şərtlərini açıqlayıb

Ukrayna qoşunları bu ölkənin Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalıdır.

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəs və danışıqlar üçün belə bir təklif ilə çıxış edib.

“Kiyevdə belə bir qərara hazır olduqlarını, qoşunlarını bu bölgələrdən real şəkildə çıxarmağa başladıqlarını, həmçinin NATO-ya qoşulmaqdan imtina etdiklərini rəsmi bildirdikləri anda dərhal atəşin dayandırılması və danışıqlara başlamaq əmri veriləcək”, – Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə deyib.

O, sülh müqaviləsinin şərtləri kimi Krım da əlavə olunmaqla həmin dörd bölgəni Rusiyanın ilhaq etməsinin beynəlxalq səviyyədə tanınmasını, Ukraynanın neytral və nüvəsiz status almasını irəli sürüb. Sülh yolu ilə həll prosesində Qərb ölkələri, Rusiya prezidentinin fikrincə, Moskvaya qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etməlidir.

Onun sözlərinə görə, bu, münaqişənin dondurulması deyil, onun yekunlaşması ilə bağlı təkliflərdir.

Putinin bəyanatları Cenevrədə 80-ə yaxın ölkənin qatılacağı sülh sammiti ərəfəsində səslənib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button