Putin və Ərdoğan Azərbaycanla Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla Cənubi Qafqazda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi kontekstində müzakirə ediblər.

Virtualaz.org bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlərin söhbəti Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

“Ermənistan-Azərbaycan dövlət sərhədi ərazisindəki vəziyyətin gərginləşməsi kontekstində Cənubi Qafqazla bağlı fikir mübadiləsi aparıldı. Vladimir Putin gərginliyin artmasına səbəb olan hər hansı bir hərəkətin qarşısını almağın vacibliyini vurğuladı. Hər iki tərəf münaqişə vəziyyətinin yalnız sülh yolu və danışıqlar yolu ilə həllində maraqlı olduqlarını ifadə etdi. Liderlər bölgəni sabitləşdirmək üçün səyləri əlaqələndirməyə hazır olduqlarını da əlavə ediblər”, – məlumatda deyilir.

Prezidentlər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun olaraq siyasi və diplomatik şəkildə həllinə alternativin olmadığını qeyd ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button