Putin və Paşinyan arasında görüş keçirilir

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskvaya rəsmi səfəri başlayıb. Bu barədə “Armenpress” agentliyi məlumat yayıb.

Məlumata görə, hökumət başçısını Baş nazirin müavini Mger Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, ədliyyə və təhsil nazirləri Karen Adreasyan və Vaqram Dumanyan, həmçinin parlament sədrinin müavini Akop Arşakyan müşayiət edirlər.

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

N.Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.

Görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparılacağı da gözlənilir.

Həmçinin hökumət başçısının Rusiyanın Nijni Novqorod şəhərinə də səfəri planlaşdırılır.

Səfər iki gün davam edəcək.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button