“Putin və Zelenskiyə deyirəm ki, bu müharibədə qalib olmayacaq” – Türkiyə lideri

Bu barədə Türkiyə lideri Ankarada iftar mərasimində müxtəlif ölkələrin səfirləri qarşısında çıxış edərkən deyib.

“Hər iki tərəf danışıqların İstanbulda davam etdirilməsinin tərəfdarı olduqlarını deyir. Mən mütəmadi olaraq cənab Zelenski və cənab Putinlə telefonla danışıram. Nəticələrimi, qiymətləndirmələrimi və gözləntilərimi birbaşa və səmimi şəkildə bildirirəm. Mən onlara deyirəm ki, bu müharibədə qalib olmayacaq, hamımız, bütün bəşəriyyət uduzacaq. Mən hər fürsətdə iki lideri Türkiyədə bir araya gətirmək istəyimi bildirirəm. Biz işimizi davam etdirəcəyik”– deyə o, bildirib.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov əvvəllər Putinlə Zelenski arasında görüşün keçirilə biləcəyini istisna etməyib, lakin nəticə əldə etmək üçün bunun hazırlanmalı olduğunu qeyd edib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button