Putindən qaçan ukraynalılar iqtisadi çəkişmə içində

“Elə hiss edirsən ki, sən sadəcə getməmisən, ölkəni tərk etmisən və pis adamsan”

Prezident Volodimir Zelenski ölkəni tərk etmiş ukraynalıların müharibədən sonra
geri qayıtmasını istəyir. O, gedənlərə geri dönüb, dağılmış iqyisadiyyatı yenidən dirçəltmələri üçün müraciət edib.

“Bloomberg” yazır ki, bu, ukraynalıları qəbul edən ölkələrə sərf etmir. Onlar üçün gələnlər işçi qüvvəsidir.

Mərkəzi və Şərqi Avropanın çox hissəsi işçi qüvvəsi çatışmazlığından əziyyət çəkir. Polşa və Çexiya kimi ölkələr işçi qüvvəsini itirməkdən narahatdır.

Zelenski müraciətində ukraynalılara qaçqın və ya vətəndaş, yaxud onun dediyi kimi, qurban və ya qalib olub-olmadıqlarına qərar verməli olduqlarını söyləyib. Bildirib ki, ölkənin bir yerdə olmasının vaxtı çatıb.

Son günlər Ukrayna müharibədə dönüş əldə edib. Rusiya ərazisinə edilən hərbi müdaxilə Moskvanı arxa plana keçirib, Ukraynada əhval-ruhiyyəni qaldırıb.

Ölkəsini tərk edənlərdən biri də 51 yaşlı Vasilevskadır. O, qeyri-hökumət təşkilatında layihə meneceri işləyir. Deyir ki, Zelenskinin həmin müraciətindən sonra özünü yaxşı hiss etmir:

Elə hiss edirsən ki, sən sadəcə getməmisən, ölkəni tərk etmisən və pis adamsan”.

Eyni zamanda, o bildirib ki, əslində harada olmağın önəmi olmamalıdır, hər kəs ölkəsinə olduğu yerdən də dəstək ola bilər.

2022-ci ilin fevralında Prezident Vladimir Putinin Ukraynaya hücumundan sonra region ölkələri milyonlarla ukraynalı qaçqını qəbul edib. Hökumətlər onlara xüsusi status verib, maliyyə yardımı paylayıb. Ən son verilən məlumatlara görə, müharibə başlayandan bugünədək 17 milyona yaxın ukraynalı evini tərk edib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, hazırda 6 milyondan çox ukraynalı xarici ölkələrdə qaçqın olaraq qalır. Ukrayna Mərkəzi Bankı bu il daha 400 000 nəfərin ölkəni tərk edəcəyini proqnozlaşdırır.

The post Putindən qaçan ukraynalılar iqtisadi çəkişmə içində appeared first on MEYDAN.TV.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button