Putinin Əliyev və Paşinyanla görüşlər keçirəcəyi xəbər verilir

Rusiya prezidneti Vladimir Putin oktyabrın 8-də MDB ölkələri Şurasının iclasından əvvəl Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.

Bu barədə xəbəri Rusiya mediası Putinin köməkçisi Yuri Uşakova istinadla verir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun da Putinin Azərbaycan və Ermənsitan liderləri ilə ayrı-ayrılıqda ikitıərəfli görüş keçirəcəyini xəbər verir.

Bundan əvvəl rəsmi Yerevan Paşinyanın MDB ölkələri başçıları şurasının iclasında iştirak edəcəyini bildirmişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Moskva şəhərinin Vnukovo-2 Beynəlxalq Hava Limanında Azərbaycan prezidentini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.

Bu da xəbər verilir ki, Putinin MDB ölkələrinin digər başçıları ilə də görüşləri olacaq.

Bundan əvvəl Putin avqustun 18-19-da Bakıya səfər etmişdi. Onun daha sonra bu səfəri telefonla Nikol Paşinyanla müzakirə etdiyi xəbər verilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button