Putinin hazırkı cəbhə xəttini saxlamaqla atəşkəs istədiyi bildirilir

Yayımlandı: 25 May 2024 13:10

“Putin lazım olduğu qədər döyüşə bilər, lakin o, həm də müharibəni dondurmaq üçün atəşkəsə hazırdır”

Rusiya Prezidenti Vladimir Putin hazırkı cəbhə xəttini saxlamaq şərtilə Ukraynada atəşkəs istəyir.
Bu barədə ayrı-ayrılıqda dörd rus mənbəsi “Reuters” agentliyinə bildirib.

Məlumatda bildirilir ki, Kiyev və Qərb bu təklifə cavab verməsə, Putin mübarizəni davam etdirməyə hazırdır.
Putin ətrafında müzakirələrlə tanış olan üç mənbə bildirib ki, Rusiya lideri danışıqları pozmaq üçün Qərbin səyləri, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqları istisna etmək qərarına görə kiçik bir məsləhətçi qrupuna məyus olduğunu bildirib.

“Putin lazım olduğu qədər döyüşə bilər, lakin o, həm də müharibəni dondurmaq üçün atəşkəsə hazırdır” mənbələrdən biri bildirib. O, Putinlə işləmiş və Kreml danışıqlarından xəbərdar olan yüksək səviyyəli biridir.

“Reuters” bu barədə Putinlə siyasi və iş dünyasında yüksək səviyyələrdə işləyən və ya işləmiş beş nəfərlə danışıb.

Ötən həftə iqtisadçı ekspert Andrey Belousovun müdafiə naziri təyin edilməsi bəzi Qərb hərbi və siyasi analitikləri tərəfindən “uzun sürən münaqişədə qalib gəlmək üçün Rusiya iqtisadiyyatını daimi hərbi bazaya qoymaq” kimi qiymətləndirildi. Bununla belə, “Putin hərbi münaqişəni arxada qoymaq üçün Rusiyanın hazırkı sürətindən istifadə etməyə üstünlük verəcək”, – mənbələr bildiriblər.

Kremldə hakimiyyətin ən yüksək eşelonlarındakı söhbətlərdən xəbəri olan iki mənbəyə görə, Putin hesab edir ki, indiyədək cəbhədə əldə olunan uğurlar qələbəni rus xalqına “satmaq” üçün kifayətdir.
Üç mənbəyə görə, Putin başa düşür ki, yeni ciddi irəliləyiş növbəti səfərbərlik tələb edəcək və o, buna getmək istəmir.

Mənbələr həmçinin martda altı illik müddətə yenidən seçilən Putinin müharibəni arxada qoymaq üçün Rusiyanın indiki sürətindən istifadə edəcəyini bildirib. Onlar yeni müdafiə naziri ilə bağlı birbaşa şərh verməyiblər.

Putinin mətbuat katibi Dmitri Peskov şərh sorğusuna cavab olaraq ölkənin “əbədi müharibə” istəmədiyini bildirib.

İkinci Dünya Müharibəsindən bəri Avropanın ən böyük quru münaqişəsi hər iki tərəfdən on minlərlə insanın həyatına son qoyub. Qərb dövlətdləri ABŞ Ukraynaya hücum edən Rusiyanın iqtisadiyyatına qarşı geniş sanksiyalar qoyub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button