Putinin lovğalıq həvəsi 20 generalı işsiz qoydu – VİDEO

putinRusiya prezidenti Vladimir Putin 20-yə yaxın generalı öz vəzifəsindən azad edib. 
 
Rusiya mətbuatının verdiyi xəbərə görə, bu barədə məlumat prezidentin rəsmi portalında yerləşdirilib.
Xəbərə görə, işdən çıxarılanlar arasında polis general-leytenantı Sergey Lavrov, daxili işlər general-mayoru Andrey Pilipçuk, Rusiya Daxili Qoşunlarının mərkəzi və regional komandanının müavini Vladimir Padalko da var.
Komi Respublikasının daxili işlər naziri, general-mayor Anatoli Jukovski də vəzifəsini itirənlər sırasındadır.
Siyasətçilər hesab edirlər ki, bu cür cəsarətli addım, ilk növbədə Putinin əsəbləşməsilə bağlı olub.  Rusiyanın “Qərbə meydan oxuyacaq” hərbi texnikası olacaq, yeni nəslin tankı kimi dünyaya təqdim olunan «Армата» mayın 7-də Qızıl Meydanda keçirilən son məşqlər zaman xarab olmuş və əvvəldən sonadək yerindən tərpənməmişdi. Tankı digər hərbi texnikalar vasitəsilə nə qədər yerindən tərpətməyə çalışsalar da buna nail ola bilməmişdilər. Düzdür sonradan verilən rəsmi açıqlamada bildirilmişdi ki, guya hərbi texnika “hətta nasazlıq yarandığı təqdirdə, necə evakuasiya olunur” görüntüsünün yaradılmasından başqa bir şey deyilmiş. Lakin bu gülünc açıqlama, hadisənin şahidi olan nəinki rusları, heç əcnəbi jurnalistləri də inandıra bilməyib. Bu hadisə müşahidəçilərin sözlərinə görə prezidenti də hiddətləndirib.
XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button