Putinin xəstəliyi ilə bağlı yeni iddia –

“Xərçəngdir, əməliyyat olunacaq”

Rusiya və Ukrayna arasında müharibə davam edərkən Rusiya lideri Vladimir Putinlə bağlı yeni iddia irəli sürülüb.

“Qafqazinfo” xəbər verir ki, xarici kəşfiyyat məlumatlarının paylaşıldığı “General SVR” teleqram kanalında yayılan məlumata görə, xərçəng xəstəliyindən əziyyət çəkən Putin əməliyyat olunacaq.

Son zamanlar yayılan görüntülərdə müvazinətini saxlamaqda çətinlik çəkən 69 yaşlı Putinin xərçəngin müalicəsi üçün tezliklə bıçaq altına yatacağı və bir müddət olmayacağı iddia edilir.

Bildirilir ki, Putin Ukraynaya müdaxiləyə tam nəzarəti Rusiya Təhlükəsizlik Şurasının katibi və keçmiş DTK rəsmisi Nikolay Platonoviç Patruşevə verəcək.

18 ay əvvəl də parkinson xəstəliyindən əziyyət çəkdiyi deyilən Putin hələ aprelin 2-ci yarısında əməliyyat olunmalı imiş. Ancaq Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Putin əməliyyat olunmağa razılıq verməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button