Putinin yaxın çevrəsinin sərvəti açıqlandı: Rəhimov da var

Korrupsiya və mütəşəkkil cinayətkarlığın araşdırılması mərkəzi (OCCRP) Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsinin sərvətini 24 milyard dollar həcmində qiymətləndirib.

Axar.az xəbər verir ki, bu barədə mərkəz tədqiqat aparıb.

“OCCRP və “Forbes”in qiymətləndirməsinə görə, Putinin yaxın çevrəsinin – ailə üzvləri, dostları və ailə üzvünə çevrilənlərin ümumi sərvəti təxminən 24 milyard dollar həcmindədir. Onların ən uğurlu biznesləri ya böyük neft və qaz dövlət şirkətləri, ya da digər dövlət şirkətləri ilə əlaqələndirilir”, – tədqiqatda deyilir.

Putinin yaxın çevrəsinə Arkadi və Boris Rotenberqlər, İlham Rəhimov, Gennadi Timçenko, Nikolay və Yuri Şamalovlar, Roman və Mixail Putinlər, Viktor Xmarin və Yuri Kovalçuk aid edilib. Araşdırma mərkəzi bu siyahıya Putinin dostu olan siyasətçilər və dövlət şirkətlərində əsas menecer olaraq çalışan şəxslərin daxil edilmədiyini qeyd edib.

OCCRP araşdırma mərkəzi Mixail Şelomov, Sergey Rolduqin və Pyotr Kolbin haqqında ayrıca yazıb:

“Nəzərəçarpan aktivlərinə baxmayaraq, onlar ictimaiyyətin diqqətindən kənarda qalırlar. Öz şirkətlərindən az xəbərdar görünürlər və onlardan sərvətlərinin mənşəyini izah etmək üçün səy göstərmələri tələb olunur. Bu şəxslərin prezidentlə şəxsi əlaqələrini nəzərə alsaq, bir sıra suallar yaranır. Onlar həmin aktivlərin həqiqətən sahibləridir və ya onlar sadəcə etibar olunan şəxslərdir?”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button