Putinlə Əliyev “SOCAR Trading” və “Rosneft” müqaviləsini yada saldılar

“SOCAR Trading” şirkəti Türkiyənin İzmir şəhəri yaxınlığındakı STAR Neft Emalı Zavoduna (NEZ) həm yüngül, həm də ağır növ neft göndərəcək.

Virtualaz.org bildirir ki, bunu IX Azərbaycan-Rusiya Regionlararası Forumunun kuluarlarında jurnalistlərə şirkətin icraçı sədri Ədnan Əhmədzadə deyib.

“Bu, “Urals”, “Siberian Light”, başqa yüngül və ağır tərkibli neft növləri ola bilər. İki ölkənin prezidentləri – İlham Əliyev və Vladimir Putinin haqqında danışdıqları “SOCAR Trading”lə “Rosneft” arasındakı sazişə gəlincə, bu sənədin Rusiyaya məxsus 1 mln. ton “Urals” neftinin STAR-a mütləq şəkildə göndərilməsini nəzərdə tutduğunu təsdiqləyə bilərəm”, – Ə.Əhmədzadə qeyd edib.

“SOCAR Trading”in icraçı sədri deyib ki, saziş bazar şərtləri ilə imzalanıb və neft qarşılıqlı əməkdaşlıq çərçivəsində göndəriləcək.

Xatırladaq ki, bu ilin dekabr ayından Rusiyadan 1 mln. ton “Urals” markalı xam neftin STAR-a tədarükə başlanması barədə “SOCAR Trading” və “Rosneft” arasında saziş sentyabrın 1-də imzalanıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button