Qəbələyə gedən jurnalist və ictimai fəal saxlanılıb

Yayımlandı: 29 May 2024 17:22

Nicat İsmayıl: “Bizi öldürürlər”, – deyə çağırış edib

Jurnalist Fatima Mövlamlı və ictimai fəal Nicat İsmayıl Qəbələdə saxlanılıb.

Bu barədə sosial media hesabında saxlanılarkən Nicat İsmayıl özü qısa məlumat yayıb.

Mənə və Fatimə Mövlamlıya şiddət var. Qəbələ polisləri. Bizi öldürürlər”, – Nicat İsmayıl “Facebook” hesabında belə yazıb.

Daha sonra onlardan heç bir xəbər almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyi Fatimə Mövlamlı və Nicat İsmayılın polislər tərəfindən saxlandığını təsdiqləyib.

Nazirliyin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumatda iddia olunur ki, onlar ictimai yerdə nalayiq hərəkətlərə görə polis şöbəsinə dəvət olunublar:

“İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”.

Nicat İsmayıl Qəbələdə küçədə sərxoş halda söyüş söyməkdə ittiham olunur.

Fatimə Mövlamlı saxlanılmamışdan təxminən bir saat öncə “Facebook”da Qəbələdə olduğunu, bu rayondan reportaj hazırladığını paylaşmışdı.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button