Qəhrəmanlar unudulmur!

10 mart Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun doğum günüdür. Vüqar Mirəzbər oğlu Mürsəlov 1963-cü il martın 10-da Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşdur. O, 1991-ci ildən başlayaraq Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində Füzuli, Xanlar, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə bölgələrində rəşadətlə vuruşmuşdur. 1992-ci il iyunun 9-da Tərtər rayonu Cəmilli kəndi istiqamətində gedən döyüşdə qəhrəmanlıqla həlak olmuşdur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Göytəpə şəhərində oxuduğu məktəbə onun adı verilmiş, şəhərin mərkəzində büstü qoyulmuş, Tərtər, Göytəpə və Cəlilabad şəhərlərində adına küçələr vardır.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button