Qənimət Zahid ad gününü İstanbulda qeyd etdi

Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidin 49 yaşı tamam oldu

 Bir müddət əvvəl Fransaya ailəsinin yanına yollanan Q.Zahid doğum gününü qürbət ölkədə qeyd edib. Qənimət bəy ad günündə Fransada yox, Türkiyədə olub.

Işlərilə əlaqədar Istanbulda olan baş redaktor yeni yaşını qardaş ölkədə dostlarının əhatəsində qarşılayıb: “Türkiyədə bir-iki vacib işim var, onları həll etməyə gəlmişəm. Açığı, 49 yuvarlaq bir rəqəm olmadığına görə xüsusi bir qeydetmə planım yoxdur. Doğum günümü burada qarşılayıb dostların təbriklərini qəbul etməklə kifayətlənməliyəm. Amma hər halda, ad günüdür və bu gündə təsadüfən bütün doğmalarla eyni coğrafi məsafədə olmağım əlamətdar bir hadisədir. Axı Istanbul dünyanın mərkəzi sayılır”. Qənimət Zahid Azərbaycan mətbuatının ustad yazarlarındandır. Jurnalistikaya qədəm basmış və bu sahədə az-çox uğur qazanmış hər kəs Qənimət Zahid məktəbindən bəhrələnənlərdir. Bir vaxtlar yeni jurnalistikaya gələn gənclərə, “Qənimət bəydən müsahibə götürməmisənsə, demək hələ jurnalist deyilsən” deyərdilər. Azərbaycan mətbuatını və siyasətini bütün həmkarlarından daha fərqli analiz etmək qabiliyyətinə malik olan Qənimət Zahid bu gün Azərbaycanın “Azadlıq” kimi ən cəsarətli qəzetinin baş redaktorudur. Zindanlardan keçərək siyasi mühacirliyi qəbul etməyən Qənimət Zahid Vətənində fəaliyyət göstərməyi seçməklə nəşr etdirdiyi qəzetin hər səhifəsindən azadlığa, ədalətə, haqqa qarşı çıxanlara vulkan püskürür. Azərbaycan mətbuatı onun varlığı ilə fəxr etməlidir. Çünki əqidəsindən, prinsiplərindən tez-tez dönən o qədər “jurnalist və baş yazar” var ki…

“Xural” qəzeti baş redaktor Əvəz Zeynallının timsalında Qənimət bəy Zahidi ad günü münasibətilə təbrik edir, ona Vətənində azad və müstəqil mətbuatın zəfərini görməyi arzulayır.

* * *

Məktəb divarlarına yazdığımız eşq düsturlarının məchulu
zaman gəldi işıq pulu, qaz puluna çevrildi
olsun ki,
bizi unudacaqlar
bir payız axşamı qaranlıq parkda
yenə
keçən keçdi, güzəşt oldu itirdiklərimiz
yeni vətən uydurmağın vaxtı gəldi
mənim ölkəm qırmızı olacaq, adını azadlıq qoyacam
bayraq yerinə vərəqlərini asacam
qapıları açıq qoyacam, işıqları söndürməyəcəm
küçə pişiklərini müqəddəs elan edəcəm
bəlkə uşaqlar üçün də futbol meydançası tikdim.

Qənimət Zahid

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button