Qəzənfər Paşayevin halı tədbirdə qəfildən pisləşib

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin səhhətində problem yaranıb.

Kult.az xəbər verir ki, bu barədə məlumatı Kərkük Mədəniyyət Dərnəyinin sədri Şəmistan Küzəci qeyd edib.

O bildirib ki, Q.Paşayev ürəyində yaranan problem səbəbindən əməliyyat olunub.

Onun sözlərinə görə, İraq türkmanlarına könül verən, Kərkükü sevən Azərbaycanın çox dəyərli professoru Qəzənfər Paşayevin halı tədbirdə, “fotoda göründüyü kimi oturarkən” qəfildən pisləşib. Təcili əməliyyat olunan Paşayev sağlığına qovuşub.

“Özünə, ailəsinə və sevənlərinə böyük keçmiş olsun. Allah qorusun”, – Kuzəci qeyd edib.

Xatırladaq ki, tanınmış professor Qəzənfər Paşayev millət vəkili Qənirə Paşayevanın əmisidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button