Qəbələ-İstanbul reysinin vaxtı açıqlandı

Pegasus

Türkiyənin aşağı büdcəli aviaşirkəti “Pegasus” mart ayından etibarən Qəbələ-İstanbul mütəmadi reyslərinə başlayır.

Strateq.az report.az-a istinadən xəbər verir ki, uçuşlar martın 18-dən başlayacaq və həftədə 3 dəfə yerinə yetiriləcək.

Qəbələ-İstanbul (Sabiha Gökçen) reysi həftənin III,V və VI günləri həyata keçiriləcək. Bir istiqamət üzrə uçuş tarifi 49,99 avro təşkil edəcək.

İstanbuldan təyyarə saat 22:40-da havaya qalxacaq və 03:20-də Qəbələyə enəcək. Qəbələdən isə 04:20-də (yay mövsümündə 04:50) hava limanından uçacaq və 05:50 radələrində İstanbulda olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button