Qəbiristanlıqda yaşayan ailə öz yeni evində!

 2222xural.com lent.az-a istinadən xəbər verir ki, ötən ay qəbiristanlıqda yaşayan ailə haqqında yayılan reportajın qəhrəmanları üçün tikilən evin tikintisi artıq başa çatıb və ailə yeni evinə köçüb. Reportajda səslənən çağırış nəticəsiz qalmayıb. Yazıdan sonra “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi də Lent.az-ın çağırışına cavab verdi. Və ailənin Hökməlidə olan torpaq sahəsində evin tikintisi başladı və başa çatdı.

Ümumilikdə evin tikintisinə 31800 manat xərc çəkilib. Xərcin 90 faizi yazıdan sonra xeyirxah insanlar tərəfindən edilən nağd pul yardımları hesabına ödənilib, 10 faizini isə ayrı-ayrı insanlar tərəfindən hədiyyə edilən ləvazimatlar təşkil edib. Evin sahəsi 110 kv. metrdir. 40 günə hazır olan evin ayrıca kombi sitemi, zirzəmisi də var. Həyətində sürüşmə olduğundan evin bünövrəsi keyfiyyətli betonlanıb.

Artıq bundan sonra Fatimə, Zəhra və Zeynəb təmiz və sağlam şəraitdə böyüyəcəklər.

xural.com

Şəkillər lent.az-a aiddir

2222222 2222 22 22222 222

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button