Qənimət Zahidin qohumları ittihamı qəbul etməyib

qenimet-zahid

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanmasına qərar verilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini təqsirli bilmədiklərini  deyiblər.

Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button