Qənimət Zahidovun qardaşı oğluna narkotik ittihamı irəli sürülüb

Qənimət Zahidoviun qardaşı oğluna narkotik ittihamı irəli sürülüb (YENİLƏNİB)

Hazırda Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidova qarşı Cinayət Məcəlləsinin 234.4.1 (qnunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə  etmə, saxlama, daşıma, göndərmə və ya satma –qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və  ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu barədə “Turan”a hüquq mühafizə orqanlarındakı mənbələrdən bəlli olub.

Maddənin sankisyasında 5ildən 12 ilədək həbs nəzərdə  tutulur.

Rüfət Zahidov iyulun 20-də Bakıda saxlanılıb.

Atası Fərasət Zahidov “Turan”a bildirib ki, oğlu əvvəlcə Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdadəsinə aparılıb.

“Guya onun cibindən və avtomobilindən 5 qram heroin götürüblər. Bu ittiham tam uydurmadır. Oğlumu qardaşım Qənimət Zahidin jurnalist fəaliyyətinə görə tutublar. Bunu digər qardaşımın oğlunun, əmimin oğlunun həbsi də sübut edir. Hazırda qardaşım Əfqanın oğlunu da axtarırlar”, o qeyd edib.

Fərasət Zahidov bu gün Səbail rayon Polis İdarəsində işi aparan müstəntiq İlqar Həmidovla görüşüb. İlqar Həmidov ona oğlunun saxlanması ilə bağlı məlumat verib.

Öz növbəsində Səbail rayon Polis İdarəsindən Rüfət Zahidova qarşı cinayət ittihamının irəli sürülüb-sürülməməsi barədə məlumat almaq mümkün olmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button