Qənirə Ataşova ölkəyə qayıtdı

ANS televizyasının ABŞ-dakı müxbiri Qənirə Ataşova dünən gecə ölkəyə qayıdıb. Jurnalist Azərbaycan sərhəd-keçid məntəqəsini keçərkən hər hansı çətinliklə üzləşmədiyini deyib: “Normal qaydada hamı kimi sərhəddi keçdik. Hər hansı problem, müvəqqəti saxlama halları olmadı”.
Xatırladaq ki, Qənirə Ataşovanın ABŞ-da yaşayan “Hizmət” Hərəkatının lideri Fətullah Gülənlə müsahibəsindən sonra Azərbaycan hakimiyyəti ANS-i bağlayıb. Bunun ardınca telekanalın rəhbərliyinə daxil olan Vahid Mustafayev və Mirşahin Ağayevin prokurorluqda ifadələri alınıb.(Gununsesi.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button