Qənirə Paşayeva Eminə yazı yazdı…

qənirə paşayevaQənirə Paşayeva

Millət vəkili

Səni tanımağa çox şad oldum, Emin!

İtalyanları heyrətə salan Azərbaycanlı gənc…Onun adı Emin Eminzadədir. Ofisimə qonaq gəlmişdi. İtaliyadakı uğurlu çıxışı, planları barədə söhbətlər etdik. Bu cür böyük istedada malik  gəncləri görəndə qürur hissi keçirir insan. Emini çıxışlarından qiyabı tanıyırdım. Dünya şöhrətli italyan müğənni Robertino Lorettinin Bakıda konserti zamanı Eminin ifasına heyran qalması və onun haqqında yüksək fikirlərindən çox sevinmişdim. Sonra onun İtaliyada möhtəşəm çıxışıniı izləyən hər kəs kimi mənim də sevincdən gözlərim yaşarmışdı. Amma onunla görüş zamanı mən böyük istedada malik bir gənclə yanaşı, mədəni, tərbiyəli, ağıllı, vətənpərvər – bir sözlə, hərtərəfli gözəl bir Azərbaycan gəncini tanıdım və onunla söhbətdən çox məmun oldum. Mən inanıram ki, dövlətimizin də dəstəyi ilə bu böyük istedad dünyada öz sözünü deyəcək və uğurları ilə Azərbaycanımızı və dünyadakı bütün Türk insanını sevindirəcək. Sənə uğurlar, Emin! Səni tanımağa çox şad oldum! Bəlli olduğu kimi, bu il fevralın 13-də dünya şöhrətli italyan müğənni Robertino Loretti Azərbaycan tamaşaçıları üçün ilk dəfə Bakı səhnəsində solo-konsert proqramı ilə çıxış etdi. Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti, hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzinin nəzdindəki musiqi məktəbində (fortepiano şöbəsində) təhsil alan Emin Eminzadə əfsanəvi tenorun ünlü “Jamayka” (sonra isə digər gənc solist İslam Qasımovla birgə “O Sole Mio”) mahnısını oxumuşdu. İtaliyalı müğənni həmin çıxışdan sonra Emin Eminzadəni “Azərbaycanın Robertinosu” adlandırdı, ona vurğunluğunu ifadə etdi. Ardınca Robertino Lorettinin də təşəbbüsü ilə Emin Eminzadə Roma şəhərində keçirilən “Elia Catalanomilli festivalına dəvət aldı. Artıq mətbuatdan bəlli olduğu kimi, ötən ayın 13-dən 16-dək keçirilən festivalda İtaliyanın tanınmış sənətçiləri və musiqiçiləri iştirak ediblər. İyulun 13-də, yəni festivalın ilk günündə Azərbaycanın gənc vokalçısının Robertino Lorettinin repertuarından məharətlə ifa etdiyi mahnılar tamaşaçıların sürəkli alqışalrı ilə ayaqda qarşılanıb və Emin Eminzadə ən yüksək sonuca çataraq “Elia Catalano” milli festivalının laureatı olub. Ödül gənc solistə, başqa bir görkəmli italyan msənətçisi – (festivalın Təşkilat Komitəsinin rəhbəri,) maestro Fabrizio Masci tərəfindən təqdim olunub. Necə deyərlər, iş bununla da bitmir – iyulun 15-də Emin Eminzadə dünya şöhrətli müğənni Robertino Loretti və ailəsinin qonağı olub və əfsanəvi toner gənc solistimizə bir neçə günlük “Master class” keçib. Gənc azərbaycanlı balasının səsinə və sənətinə tutqusunu bir daha vurğulayan Robertino Loretti onu payızda Moskvada keçiriləcək yubileyinə dəvət edib. Bir azərbaycanlı kimi sevinir və qürur hissi keçirirəm ki, Moskvada keçiriləcək yubiley tədbirində əfsanəvi toner gənc solistimizlə birgə səhnədə oxuyacağını bildirib..! Bizim Emin isə vətən­pərvər duyğuları ilə daha bir təklifdə bulunaraq, ustad Lorettidən onunla birgə Azər­baycan xalq mahnısı oxumağı xahiş edib!.. Əfsanəvi toner də şanına yaraşan şəkildə Azərbaycan xalqının musiqisini və mədəniyyətini çox sevdiyini söyləyib. Onu da əlavə edim ki, iyulun 16-da Emin Romanın mərkəzində (Trastevere səmtində) düzənlənmiş “Elia Catalano” milli festivalının möhtəşəm qala-konserti olan “Festa de noantri” konsert proqramında çıxış edib. Qala-konserti böyük tamaşaçı kütləsi izləyib. Qonaqlar arasında Azərbaycan Respublikasının İtaliyadakı böyükelçisi Vaqif Sadıxov və diplomatik korpusun əməkdaşları da olub. Eminin gözəl çıxışından sonra tədbirin aparıcısı Azərbaycan böyükelçisini səhnəyə dəvət edərək, ona və Azərbaycan xalqına İtaliya xalq mahnılarını peşəkarlıqla ifa edən belə istedadlı gənc yetişdirdiyinə görə təşəkkür edib. Hörmətli diplomatımız da öz növbəsində bütün tamaşaçılara, konsertin təşkilatçılarına, özəlliklə Fabrizio Masciyə və digər qonaqlara Emin Eminzadənin sənətinə yüksək qiymət verdiklərinə görə təşəkkurünü bildirib.

Əziz Oxucu, mən bu sətirləri yazmağa niyə ehtiyac duydum? – Ona görə yox ki, bu bilgilər geniş ictimaiyyətə bəlli deyildi. –Xeyr! – Mən sadəcə olaraq, bir millət vəkili, bir Azərbaycan vətəndaşı olaraq, 14 yaşlı Eminə, onun valideynlərinə, müəlliməsi, Milli Konservatoriyanın dosenti, respublikanın əməkdar müəlliməsi və sənətşünas-alim Məryəm Babayevaya, Eminə əməyi keçən hər kəsə, təhsil aldığı məktəbin kollektivinə öz sayğımı, şükranlıq duyğularımı ifadə etmək istədim! Yeni uğurlar, Emin! İndiyə qədər qazandıqların səni arxayın salmasın. – Bunlar yaxşıdır, indiki yaşın üçün çox yaxşıdır, ancaq biz səndən gələcəkdə daha böyük uğurlar, başarılar gözləyirik! Bizim buna haqqımız var. Bu haqqı isə bizə… sənin istedadın, yetənəyin, sənə bəslədiyimiz inam verir!

 Sayğılarla

Əlaqəli məqalələr

5 şərh

  1. Emin oxuyacaq, Qənirə əl çalacaq və … Qarabağ azad olacaq!
    Qənirə Paşayevanın bu məqaləni yazmaqda məqsədi Azərbaycan gəncliyini “qız səsi ilə” oxuyan mama uşaqlarına çevirməkdir.

    1. Iran turku! sen ve senin kimi dayaz düşüncəli insanlar yalnız bele düsünə bilər. Qenirə xanim Azərbaycanimizin ən qeyrətli və en layiqli Millet vəkili və xanımıdı. Kimin haqqinda nece yazmagi o cox gözəl bilir. Emin ise Azərbaycanımızı Italiyada layiqincə təmsil edib ve qalib olub.Yeqin sən meqaleni diqqetlə oxumadin. Qarabagi ise Azerbaycan esgeri azad edecek. Sənə ise boş-boş arayiş vermek qalacaq.

  2. Dunya turku! Dayaz düşüncə sahibi – Qənirəni “Azərbaycanın ən qeyrətli və layiqli xanımı” hesab edənlərdir! Bu ada yalnız şəhid – Seyyid Mübariz İbrahimovları Azərbaycana bəxş edən xanımlar yayiq görülə bilər. İsrail casusu Qənirə Paşayeva yox!

    1. İran türkü – Qənirə Paşayeva sənin kimi ağacı içindən yeyən qurdlardan deyil. O, Azərbaycanın millət vəkili, istedadlı, zəhmətkeş, vətənpərvər qızıdır, Azərbaycan gəncliyinin uğurlarına sevinib, gəncliyimizi gələcəyimiz hesab edir. Görünür çox diqqətsiz və nankorsan. Eminin uğurunu Azərbaycanın uğuru hesab edib ona qayğılarını çatdırır. Qarabağ bizimdir, biz gənclər də bilərik, qaldı ki, aslanın erkəyi, dişisi olmaz. Fikirlərini rəndələyib sonra kimin və nəyin haqqında nə danışacağını söyləyərsən.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button