Qənirə Paşayeva iftar süfrəsini Ramil Səfərovun ailəsilə açdı

ramil qenireAzərbaycanın millət vəkili Qənirə Paşayeva Ramil Səfərov və xanımı Şəbnəm Səfərova ilə iftar süfrəsində bir araya gəlib.

Deputat bu barədə öz Facebook səhifəsində yazıb və müvafiq fotoşəkli paylaşıb.
“Dəyərli qardaşımız Ramil Səfərov və gözəl xanımı Şəbnəmlə iftar süfrəsində gözəl söhbət də etdik. Dəyərli dostlarıma gözəl qızı ilə hər zaman mutluluq diləyirəm. Allah hər kəsin orucunu və dualarını qəbul etsin!”, – deyə, Q.Paşayeva qeyd edib.
Xatırladaq ki, Ramil Səfərov müsəlmanların müqəddəs saydığı Ramazan ayının bütün qaydalarına Macarıstanda həbsdə olarkən də riayət edib. 2012-ci il avqust ayının sonlarında mətbuatda Ramil Səfərov saxlanıldığı həbsxanadan millət vəkili Qənirə Paşayevaya zəng vurması haqda məlumat yayılıb. Həmin məlumatda  Qənirə Paşayeva bildirmişdi ki, Azərbaycanın qəhrəman oğullarından biri, Macarıstanda həbsxana həyatı yaşayan Ramil Səfərov onun adından hamının Ramazan bayramını təbrik etməyi, bütün Azərbaycana və Azərbaycan Türklərinə mutluluq və uğurlar diləməyi söyləyib: “Biz də hamımızın adından onun bayramını təbrik etdik və insanlarımızın onun gələn Ramazan bayramını ailəsi və əzizləri ilə birlikdə keçirməsi üçün dua etdiyini söylədim. Ramil həbsxanada olsa da oruc tuta, bir sıra müsəlman həbsxana yoldaşları ilə bayram namazı qıla bildiyini və bunun üçün onlara imkan yaradıldığını vurğuladı”.xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button