Qənirə Paşayevaya BDM-dən dəstək!

Beynəlxalq Diaspor Mərkəzindən (BDM) “XuralTac”a daxil olan məlumata əsasən, Mərkəz “Facebook” sosial şəbəkəsində millət vəkili Qənirə Paşayeva haqqında yayılan yalan məlumatla bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

Bir neçə gündür “Facebook” sosial şəbəkəsində millət vəkili Qənirə Paşayevanın bir gənclə fotosu yayımlanır. İddia olunur ki, həmin gənc Türkiyədə fəaliyyət göstərən Barış və Demokrasi Partisinin (PKK-nın siyasi qolu) liderlərindən biri olan Əminə Aynanın oğlu Ömər Aynadır və millət vəkili Qənirə Paşayeva PKK ilə əlaqələrdə ittiham olunur. Zaman-zaman ölkə mətbuatında PKK ilə əlaqələrdə ittiham olunan bir çox şəxslərlə bağlı yazılara rast gəlinir. Təəssüflər olsun ki, adları çəkilən həmin şəxslərin bir çoxu milliliyi ilə seçilən Azərbaycanın dəyərli insanlarıdır. Bu mənada millət vəkili Qənirə Paşayeva özünün bütün fəaliyyətində həm Azərbaycanın milli dövlətçilik maraqlarına xidmət edən, həm də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafı üçün çalışan xanım siyasətçidir. Türk olduğuna heç bir şübhə olmayan və bütün fəaliyyətində türkçülük dəyərlərini ön planda tutan millət vəkili Qənirə Paşayeva haqqında yaraşmaz və məsuliyyətsiz məlumatların yayılmasını şiddətlə qınayırıq. Beynəlxalq Diaspor Mərkəzi (BDM) olaraq millət vəkili Q.Paşayevanın Azərbaycan diasporunun inkişafında, o cümlədən Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında göstərdiyi xidmətləri yüksək qiymətləndiririk. Millət vəkili Q.Paşayevanın PKK-ya qarşı münasibəti hər zaman birmənalı olmuş və terror təşkilatı kimi onun fəaliyyətini pisləmişdir. Eyni soyadı daşıyan bir tələbə gəncin Əminə Aynanın oğlu olduğunu iddia etmək və bu əsasda yalan məlumat yaymaq xanım Millət vəkilinə qarşı məqsədli şəkildə atılmış bir təxribat kimi qiymətləndirilməlidir. Bütün bunları qeyd edərək BDM bəyan edir ki, millət vəkili haqqında yayılmış yalan məlumatın sifarişçilərinin araşdırılıb qanun çərçivəsində cəzalandırılmasını, həmçinin Azərbaycan və Türkiyə ictimaiyyətindən üzr istənilməsini tələb edirik.

XuralTac

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button