Qərbi Azərbaycana Qayıdış Birliyindən Prezidentə dəstək gəldi

xural.com-a Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin bəyanatı daxil olub. Təşkilatın sədri Rizvan Talıbovun imzası ilə yayılan bəyanatda deyilir:

“ATƏT PA-nın yay sessiyasında çıxış edən Ermənistan nümayəndə heyyətinin rəhbəri Artaşeş Gegamyan Qarabağ münaqişəsinin həllindən danışarkən, Azərbaycan prezidenti İlham Əliyev cənablarının çıxışlarında İrəvanı, Zəngəzuru, Göyçəni və digər tarixən Azərbaycana məxsus olan əraziləri geri qaytaracağı ilə bağlı fikirlərinə, ermənisayağı isterik bir şəkildə etirazını bildirib.

QAQB olaraq bəyan edirik ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin məlum çıxışlarını tam dəstəkləyirik. Bildiririk ki, Azərbaycan Prezidenti 1987-1990-cı illərdə, indiki Ermənistandan, İrəvandan, Uluxanlı, Amasiya, Ağbaba, Vedibazar, Zəngəzur, Göyçə, Qaraqoyunlu mahallarından silah gücünə zorakılıqla tarixi yurdlarından qovulmuş, şəxsi əmlakları qəsb edilmiş 500.000 Azərbaycan vətəndaşının marağından çıxış edərək, onların arzu və  həsrətlərini ifadə edib.  Bu insanlar doğma yurdlarına qayıda biləcəkləri günü həsrətlə gözləyirlər!

Ermənistan hakimiyyətində təmsil olunanlar, Gegamyanlar və onların havadarları Azərbaycan Respublikasının prezidentinin həqiqəti əks etdirən fikirlərindən narahat olub, isterikaya düşməkdənsə, azərbaycanlı əhaliyə qarşı törədikləri qanunsuzluqlardan, deportasiyadan, cinayətlərdən, qətllərdən, qəsbkarlıqdan, işğalçılıqdan, Xocalıda törətdikləri soyqırımdan narahat olsunlar! Bilsinlər ki, Haqq mütləq gec ya tez öz yerini alacaq! Günahsız azərbaycanlı əhaliyə qarşı cinayətlər törətmiş hər bir erməni tutduğu vəzifəsindən asılı olmayaraq ədalət məhkəməsi qarşısına çıxarılıb, layiq olduqları cəzalarını alacaqlar! Doğma tarixi yurdlarından silah gücünə, zorakılıqla qovulmuş azərbaycanlılar, tarixi İrəvana, Uluxanlıya, Amasiyaya, Vedibasara, Zəngəzura, Ağbabaya, Göyçəyə, Qaraqoyunlu kimi ulu yurdlarına, işğal altında olan Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa mütləq və hökmən qayıdacaqlar! Bu həqiqəti heç zaman unutmasınlar!

Gegamyanlar və erməni əhali, onları idarə edənlər, bir həqiqəti anlasınlar ki, bir dövlət olaraq mövcüd olmaq, indiki Ermənistan ərazisində yaşamaq istəyirlərsə, Azərbaycan və Türkiyə dövlətinə qarşı düşmənçiliklərinə son verərək, dinc qonşuluq münasibətləri qurmağa çalışsınlar! Unutmasınlar ki, onları Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyə sövq eləyən, silahlandıran dövlətlər, dövlət maraqları tələb edincə, erməniləri 1915-ci illərdə  olduğu kimi qədərləri ilə baş-başa buraxıb, ordularını çəkib, öz ölkələrinə gedəcəklər! Burada bizlər, ermənilər və türklər qalacağıq! Tarixin dərslərini unutmasınlar!”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button