Qəribə həbsxanalar – Birində məhbuslar viski içir, digərində aclıqdan nəcis yeyirlər – DƏHŞƏTLİ FOTOLAR

Həbsxana deyərkən hər kəsin gözünün önündə təxminən oxşar mənzərə canlanır.

Ancaq dünyanın dörd bir tərəfində rahatlığı, dizaynı ya da həddindən artıq bərbad vəziyyəti ilə diqqət çəkən çox müxtəlif həbsxanalar var. Minval.info dünyanın ən fərqli həbsxanaları barədə məlumat verir.

Aranjuez həbsxanası – İspaniya

aranjuez hapishanesi ile ilgili görsel sonucu

Bura yəqin ki, dünyada tayı-bərabəri olmayan bir həbsxanadır. Burada 36 ədəd ailələr üçün xüsusi otaqlar var. İlk baxışdan daha çox uşaq bağçasını xatırladan mərkəzdə 3 yaşına qədər körpəsi olan cinayətkarlar ailəsi ilə birlikdə qalır. Beləliklə, uşağın inkişafı üçün xüsusi çəkiyə malik olan ilk illərdə ailə qayğısı təmin edilir. Uşaq 3 yaşını keçdikdən sonra isə qohumlarının və ya dövlətin uşaqlar üçün ayırdığı özəl mərkəzlərə yollanır.

Gitarama Mərkəzi həbsxana – Afrika

gitarama hapishanesi ile ilgili görsel sonucu

400 məhkum üçün nəzərdə tutulmuş bu həbsxana ölkənin vətəndaş müharibəsinin sonlarında 7 mindən çox cinayətkarın saxlanıldığı yerə çevrilib. Bir çarpayıda bir neçə adamın yatdığı, insan bolluğundan yemək və su çatışmayan bu yerdə məhbuslar bəzən bir-birlərinin nəcislərini belə yeməyə məcbur olublar.

Cebu həbsxanası – Filippin

Cebu hapishanesi ile ilgili görsel sonucu

İnsan həyatına qəsd edən, məktəb önlərində narkotik vasitələrin satışı ilə məşğul olan, azyaşlılara qarşı cinsi zorakılıqda təqsirləndirilən şəxslər bu həbsxanada yerləşdirilir və günün böyük bir hissəsini rəqs edirlər. Hər kəsin sinxron rəqs etməsində məqsəd məhkumların başını qatmaq və rehabilitasiyasını həyata keçirməkdir. 1500 məhbusun rəqsini həm xüsusi konsert günlərində, həm də müxtəlif xeyriyyə tədbirlərində izləmək mümkündür.

Federal Hərbi həbsxana – Amerika

Buradan qaçmaq yəqin ki, mümkünsüzdür. Həbsxanada müşahidə kamerası sistemləri 360 dərəcəlik çəkiliş aparır. Hər küncdə olan bu kameraların gördükləri canlı olaraq hər saniyə izlənilir. Eynilə kameralar kimi hər küncdə hərəkət sensorları da yerləşdirilib. Üstəlik məhkumlar üçün üz tanıma sistemi də quraşdırılıb, hələ qapılarda biometrik kilidlər də var. Az sayda işçi və yüksək texnoloji mühafizə qurğuları ilə bu həbsxana qaçmaq istəyənlərin arzusunu gözündə qoyur.

Justizentrum Leoben həbsxanası – Avstraliya

Justizzentrum Leoben hapishanesi ile ilgili görsel sonucu

Elə bir 5 ulduzlu həbsxana var ki, buradan insanlar nəyinki qaçmaq istəmir, hətta hər gün bura gələ bilmək üçün onlarla kiçik xətalar törədirlər. Statistikaya görə Avstraliyada xırda oğurluqlar Amerikadan 40 dəfə daha çox baş verir. Çünki oğurluqda təqsirləndirilən bu cür yaxşı şəraitdə olan həbsxanalara göndərilirlər.

Bu həbsxananın girişinə “Mülki və siyasi hüquqlar” haqqında beynəlxalq paktın 10-cu maddəsi yazılıb: “Azadlığından məhrum olan hər kəsə insani münasibət göstərilməli və şəxsin anadangəlmə sahib olduğu şərəfinə hörmət edilməlidir”

Bastoy Həbsxanası – Norveç

Avstraliyadan fərqli olaraq Norveçdə xırda oğurluqla məşğul olanları deyil, ağır cinayət törədənləri, təcavüzçüləri də tam şəraitli həbsxanalarda saxlayırlar. Ada üzərində qurulmuş bu mərkəz təbiətin qoynundadır. Burada saxlanılan 115 məhbusun tək etdiyi 8.30-15.30 saatları arasında işləməkdir. Hətta qazandıqları pulları xərcləyə bildikləri marketləri də var.

Sark həbsxanası – Qernsi

İşıqlı koridorları, geniş yemək zalları olan həbsxanalarla yanaşı sadəcə iki məhbusun yerləşə biləcəyi bir yer də var. 1856-cı ildə tikilmiş bu yer dünyanın ən kiçik həbsxanasıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button