Qərib Məmmədovun hamamını bağladılar

Komitə sədri gülünc obyektinə çevrildi

 Əldə etdiyimiz məlumata görə, Dövlət Torpaq Komitəsinin sədri Qərib Məmmədov gülməli hadısə ilə üz-üzə qalıb. Dövlət Torpaq Komitəsinə yoxlamaya gələn Audit Palatasının nümayəndələri komitə sədrinin kabinetində qəribə hadisə ilə üz-üzə qalıblar. Aydın olub ki, Qərib Məmmədovun iş otağının arxasında istirahət otağı ilə yanaşı, bir hamam da olub. Gördükləri mənzərədən şoka düşən audit əməkdaşlarına komitə sədrinin köməkçisi izah edib ki, Qərib Məmmədov hər gün ərzində ən azı iki dəfə bu hamamın imkanlarından yararlanmalı olur. Gülüşlə qarşılanan olay yuxarı dairələrə də məruzə edilir və Prezident Administrasiyasından Qərib Məmmədova son xəbərdarlıq gəlir ki, hamam dərhal bağlanmalıdır. Komitədən əldə etdiyimiz məlumata görə, komitə sədrinin kabinetinin iç otağında yaradılan hamam başqa məqsədlər üçün yox, sırf Qərib Məmmədovun gigenik qaydalara həddindən artıq aludə olması ilə bağlıdır. Bunun səbəbi ilə bağlı tibbi ekspertlərin rəylərini də nəzərinizə çatdıracağıq. İlkin olaraq bildirilir ki, belə bir kompleksin yaranması iki səbəblə bağlı ola bilər. İlk növbədə ona görə ki, həmin şəxsdə ola bilsin ki, patoloji allergiya xəstəliyi var və bu səbəbdən o hər zaman özündə bir ağırlıq hiss edib belə bir addım atır. Digər səbəb kimi isə bu göstərilir ki, ola bilsin həmin şəxsin başqa problemləri var. Araşdırmamızı gözləyin.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button