“Qəzet kağızı üçün ƏDV ləğv edilsin”

Əflatun Amaşov: “Bu vergi medianın iqtisadi durumuna mənfi təsir edir”

Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkəyə gətirilən qəzet kağızı üzərində əlavə dəyər vergisini ləğv etməyi təklif edib. Bizimyol.info xəbər verir ki, o, ƏDV-nin medianın iqtisadi durumuna mənfi təsir etdiyini vurğulayıb. “Əvvəllər bu vergi tətbiq edilmirdi. Amma bir neçə ildir ki, bu verginin tətbiqinə başlanılıb. Əslində bu vergi dövlət büdcəsinə elə də böyük gəlir gətirmir, bu rəqəm təxminən yarım milyona qədərdir. İndiki şəraitdə medianın iqtisadi durumu və yerinə yetirdiyi ictimai missiya mütləq nəzərə alınmalıdır. Missiya yalnız ictimai deyil, həm də stratejidir. Hər hansı qəzet nəşrini dayandırırsa, ölkəmizin informasiya savaşında mövqeyi zəifləyir. Bu məsələnin reallaşması ümün hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır”.(bizimyol.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button