Qaçqın və köçkünlər 110 milyona çatıb
Dünyada təxminən 110 milyon insan müharibə, təqiblər və ya insan hüquqlarının pozulması səbəbindən evini tərk edib.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib.
Bildirildiyinə görə, Rusiyanın Ukraynaya təcavüzü səbəbindən 11 milyon daxil, 2022-ci ildə qaçqınların sayı 19 milyon nəfər artıb. Bu, İkinci Dünya müharibəsindən sonra insanların ən sürətli və ən böyük köçü idi.
Qrandinin sözlərinə görə, ötən il 35 fövqəladə hal qeydə alınıb. Bu, əvvəlki illərlə müqayisədə ən azı üç dəfə çoxdur, lakin “onların az hissəsi manşetlərə çıxır”.
“Sudandakı hazırkı müharibə Qərb vətəndaşları oradan çıxarılan kimi qəzetlərin ön səhifələrindən itdi”, – Qrandi deyir. Hərçənd, bu ilin aprelindən bəri iki milyona yaxın insan Sudanda müharibədən qaçıb.
Bütün qaçqınların üçdə ikisi öz ölkələri daxilində köç edib, qalan 35 milyonu isə başqa ölkələrə qaçıb. Türkiyə ən çox qaçqına ev sahibliyi edib – 3.8 milyon insan, əsasən də vətəndaş müharibəsindən qaçan suriyalılar. Ondan sonra, əsasən, Əfqanıstandan olmaqla 3.4 milyon insanın qaçdığı İran gəlir.