Qadın azad olmalıdır, yoxsa qəhrəman?

Müsavatda gender müzakirələri

Bu gün Müsavat Partiyasının qərargahında Müsavat Məclisinin Gender Komissiyasının təşəbbüsü ilə “Azərbaycan qadının ictimayi-siyasi fəaliyyəti, uğurları, maneələr, məhdudiyyətlər: Tarixdə və bu gün” mövzusunda Dəyirmi Masa keçirilib.

Gender Komissyiasının sədri Könül Alının aparıcılığı ilə keçirilən tədbirdə qadının cəmiyyətdə və siyasətdə rolu, Azərbaycan qadınının şərəfli keçmişi, hazırkı dövrdə cəmiyyətimizin “Qəhrəman Qadın” obrazına ehtiyacı, fədakar, mübariz qadınların təbliğ olunması məsələləri müzakirə olunub. 

Müzakirələrdə Müsavat Partiyası MNTK-nın sədri Sevinc Hüseynova, Müsavatın Məclis üzvü, keçmiş vicdan məhbusu Nigar Yaqublu, tədqiqatçı Kəmalə Əliyeva, Müsavat başqanı Arif Hacılı, gender məsələləri üzrə ekspert Zahir Əhmədov, Bütöv Azərbaycan Ocaqları təşkilatının nümayəndəsi Mailə Bayramova, Müsavat üzvü Yaşar Türkazər, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, MNTK üzvü Çingiz Əli və Müsavat Məclisinin Təhsil Komissiyasının sədri Dilşad Nağı iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, ölkə Konstitusiyasında və qanunlarda qadınlarla kişilərə bərabər hüquqlar verilsə də, reallıqda qadınların hüquqları daha çox pozulur. Qadınların siyasətdə, idarəetmədə, ictimai həyatda fəal iştirakı əsasən təmin edilmir. Qadınların məişətdə, öz ailəsində şiddət görməsi adi hal kimi qarşılanır.

Qadın hüquqlarının pozulmasının bir səbəbi kimi də Azərbaycanda qeyri-demokratik rejimin hökm sürməsi göstərilib. Qeyd edilib ki, Azərbaycanda vətən və cəmiyyət üçün böyük tövhələr vermiş qadınlar çox olsa da, hakimiyyətin nəzarətində olan təbliğat resursları ancaq hakim ailənin üzvü olan qadınları təbliğ etməklə məşğuldurlar. Parlamentə təmsil olunan qadınlar bu görəvə əslində seçilməyib, müstəqil mövqeyə malik olmadıqları üçün seçiciləri, yaxud qadınları təmsil edə bilməzlər.

Çıxışlarda qeyd edilib ki, istər təbiətin inkişaf qanunları, istər inanclar, istərsə də normativ aktlara görə qadınla kişi bərabərdir. Ona görə də inkişaf etmək istəyən istənilən toplum bu balansı qorumalıdır.

Qadının qəhrəman olmasına ehtiyac daha böyükdür, yoxsa azad olmasına? Bu sual ətrafında gedən müzakirələrdə qeyd edilib ki, qəhrəmanlıq hansısa problemin, təhlükənin, faciənin qarşısını almaq üçün bir əməldir. Bəşəriyyət inkişaf etdikcə, azadlıq da inkişaf edəcək. Qadınların qəhrəmanlığının təbliğ edilməsi ilə bərabər, onların azad olması ideyasının vurğulanması zərurəti önə çəkilib.

Bildirilib ki, Azərbaycan qadınları dünyada bir çox ilklərə imza atıblar. Məsələn, 12-ci əsrdə yaşayıb yaratmış Məshəti Gəncəvi dünyada ilk şahmatçı qadın olub. Müsəlman aləmində də Azərbaycanlı qadınlar incəsənətin və elmin bir sıra sahələrində bir şox ilklərə imza atıblar. Lakin cəmiyyətimiz bunu yetərincə təbliğ edə bilməyib.

Azərbaycan qadınları istər ölkəmizin müstəqilliyinin əldə olunması, istərsə torpaqlarımızın işğaldan qorunması uğrunda kişilərlə çiyin-çiyinə mübarizə aparıblar. Tədbirdə erməni işğalçılarının iyulun 4-də Füzuli rayonun Alxanlı kəndinə artilleriya hücumu nəticəsində həlak olan Sahibə Allahverdiyevanın, onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın və müsavatçı Nərgiz Yaqublunun xatirəsi anılıb.

Azərbaycan dünyada qadınların səsvermə hüququnun tanındığı ilk ölkələrdən biridir. Bu təşəbbüs 1918-ci ildə Müsavat başqanı Məmmədəmin Rəsulzadə tərəfindən irəli sürülüb və qəbul edilib. Müsavat Partiyası 1992-ci ildə bərpa olunduqdundan sonra da gender bərabərliyinin təmin olunması üçün bir sıra adımlar atıb.

Tədbirdə həmçinin vicdan məhbusu, AXCP sədrinin müavini Gözəl Bayramlı ilə əlaqədar aksiya keçirilib. Dəyirmi Masa iştirakçılarının hər biri üzərində “Gözəl Bayramlıya azadlıq!” şüarı yazılmış plakat qaldırıblar.

Tədbirdə iştirak edən müstəqil ekspertlər qeyd edib ki, Azərbaycanda gender problemləri ilə məşğul olan cəmi bir neçə təşkilat var və Müsavat Partiyasının bu yöndə fəaliyyət göstərən komissiya yaratması təqdirəlayiq haldır. Müsavat başqanı Arif Hacılı  partiyanın üzvü olmayan şəxslərin də həmin komissiyanın işində iştirak etməsinin mümkün olduğunu bildirib, müzakirələrdə iştirak edən qonaqlara və tədbirin təşkilatçısı Könül Alıya təşəkkürünü bildirib.

Əlaqəli məqalələr

1 şərh

  1. Qadın nədən azad ola bilər?!… Ailədən, ərdən, uşaqlarından?!.. Nədən?!…

    Cəmiyyət azad olmalıdır! Cə-miy-yət!…

    Azad olmayan cəmiyyətdə nə qadın azaddır, nə kişi, nə uşaq, nə də qoca!…

    Siz AXC bisavadları əksəriyyətiniz yetim-yesirlər sosializmdən dörd əlli yapışmaqdansa öz əlinizlə getdiz ABŞ fitfasında iştirak edib SSRİni yıxdız və sosializmin əvəzində gəlib kapitalizm qurdunuz…

    Səviyyəsizlikdən bə biliksizlikdən elə guman etdiniz ki, hamınız milyoner olacaqsız!…

    Ay-hay!… Ölmüşdi xan Dadaş!…

    Sözsüz ki, sizin içərinizdə bir dəstə dələduz yetim-yesirlikdən indi olublar biznesmen milyoner, lakin əksəriyyətiniz sovet vaxtı yaşadığınızdan qat-qat pis vəziyyətə düşmüsünüz…

    Kim elədi bunu? – Siz özünüz!…

    Niyə? – Çünki nə onda , nə indinin özündə nə biliyiniz var idi, nə də savadınız!…

    Elə ey şayiələ yaşamısız və yaşayırsız!…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button