Qadını nigaha məcbur edənlər həbs olunacaq

12.02.2012

Prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişikliyin edilməsi haqqında qanunu imzalayıb. Qanuna görə, Cinayət Məcəlləsinə 176-1-ci maddə əlavə edilib. Maddə 176-1. Qadını nikaha daxil olmağa məcbur etmə; 176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxsin barəsində törədildikdə üç min manatdan dörd min manatadək cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə 4742 qız və 1 oğlan 18 yaşınadək nikaha daxil olub. Həmin il 15-17 yaşında olan 4103 nəfər qadın (1463 nəfər şəhərlərdə, 2640 nəfər kəndlərdə) ana olub. Ailə Məcəlləsinə görə, Azərbaycanda vətəndaşlar yalnız 18 yaşından sonra nikaha daxil ola bilər. Müşahidələr göstərir ki, qızların erkən yaşlarında nikaha daxil olmasının sayı rəsmi statistikadan daha çoxdur. Çünki bir çox hallarda vətəndaşlar erkən nikahlardan doğulan uşaqları qeydə aldırmır. Yerli müşahidəçilər və qeyri-hökumət təşkilatları daha çox qızların erkən nikaha daxil olmasının səbəblərini valideynləri tərəfindən məcbur edilməsi və vətəndaşların qanunvericiliyi bilməməsi ilə izah edirlər.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button