Qadınlar aksiyaya qərar verdilər

Gözəl Bayramlı

AXCP sədrinin müavini Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədr müavini İradə Əliyeva da aclıq aksiyasına qoşulublar

 Oktyabrın 14-dən Müsavat Partiyasının qərargahında 2 aprel aksiyası zamanı həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elnur Məcidlinin atası Arzuman Məcidli və Müsavat Partiyasının üzvü Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəylinın başladığı aclıq aksiyası davam edir.

Məlumatına görə, dünən aclıq aksiyasına AXCP sədrinin müavini Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədr müavini İradə Əliyeva da qoşulublar.

Xatırladaq ki, aclıq aksiyası Məhbus Ailələri Komitəsinin qərarına uyğun başlanılıb. 15 oktyabrdan aclıq aksiyasına AXCP Gənclər Komitəsinin fəalı Dəyanət Babayev, 16 oktyabrdan Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Oruc Novruzov aclıq aksiyasına başlamışdı.

Məhbus Ailələri Komitəsinin 18 üzvü var. Komitəyə 2 aprel mitinqində tutulanlarla yanaşı, Ruslan Bəşirlinin, Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, Vidadi İsgəndərlinin ailələri daxildir.

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button