Qafqazinfo.az-ın 1 yaşı tamam olur!

1 il içində 10 il yol gedənlərin getdiyi qədər yol gedib qafqazinfo.az…

Avqust ayının 16-da qafqazinfo.az saytının 1 yaşı tamam olur. Qafqazinfo.az bu sayt bolluğunda qısa zamanda öz yerini tutub və internet məkanında sürətli addımlarla irəliləyir. Elə sahibi Elbrus Əruda da oxşayır. Cəsur, sərt və dəliqanlı. İndi saytların bəziləri ondan qorxur, bəziləri rəqabət aparmaq istəyir, amma qafqazinfo.az heç nəyə baxmadan işini görür. 1 il içində 10 il yol gedənlərin getdiyi qədər yol gedib qafqazinfo.az

Biz Azərbaycan mediasının bu cəsarətli yavrusunun daha da inkişaf etməsini, hər zaman belə azad söz carçısı olmasını, əyilməməsini, namərd körpüsündən keçməməsini, yaxşı ənənələrlə böyüməsini arzulayırıq.

Gün o gün olsun ki, hamı Sənə istinad eləsin, Qafqazinfo.az!

Təbriklər, Elbrus Ərud!

Qardaşın “Xural”

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button