Qalibaf Putinlə görüşə buraxılmadı-Protokola əməl etmədiyindən

İran parlamentinin sədri Məhəmməd Qalibafın Rusiya prezidenti ilə görüşü baş tutmayıb.

Strateq.az “Khabaronline”-a istinadla xəbər verir ki, Qalibaf dövlət başçısı Vladimir Putinlə görüş üçün tələb olunan zəruri tibbi protokolları qəbul etməkdən imtina edib.

Bu barədə İran Məclisinin deputatı, spikeri səfərdə müşayiət edən Müctəba Təvangər şəxsi “Twitter” səhifəsində məlumat verib.

O yazıb: “Doktor Qalibafın Vladimir Putinlə görüşünün yekunlaşması barədə öncəki məlumatım doğru xəbər deyil. Əlbəttə, Rusiya prezidenti ilə görüş gündəmdə idi və bu, əvvəlcədən planlaşdırılmışdı. Amma Rusiyada Putinlə görüş üçün xüsusi tibbi protokollar var və doktor Qalibaf həmin protokollara əməl etməkdən boyun qaçırıb. Buna görə də, vacib mesaj səfər zamanı Putinin təyin etdiyi nümayəndə ilə bir görüşdə müzakirə ediləcək”.

Xatırladaq ki, Rusiya prezidenti ilə görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan da müvafiq ölkələrə gəlmiş rusiyalı həkim briqadasının testindən keçmişdi.

Üstəlik, İran mənbələri, o cümlədən İran parlamentinin iqtisadiyyat komissiyasının üzvü Müctəba Təvangar üçgünlük səfərin fevralın 7-də başlayacağını bildirmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button