Qalmaqallı verilişin aparıcısı efirə qayıdır
Evlilik verilişinin məşhur teleaparıcısı Zuhal Topal efirə qayıdır.
Xural.com musavat.com-a istinadən xəbər verir ki, uzun müddət aparıcılıq həyatına fasilə verən aparıcı yeni layihə hazırlayır. O, “FOX” televiziyasında günorta saatlarında proqram təqdim edəcək.
Qeyd edək ki, Zuhal “Zuhal Topalla izdivac” proqramını təqdim edib. Evlilik verilişləri efirdən yığışdırılandan sonra o aparıcılıq fəaliyyətinə stop deyib.
Onun proqramı bir çox qalmaqallarla yadda qalıb.